“Neftçi” ilə oyun öncəsi “Qalatasaray” ciddi itki ilə üzləşib
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq Türkiyənin “Qalatasaray” klubu ciddi itki ilə üzləşib.

Yarımmüdafiəçi Emre Akbaba uzun müddətə sıradan çıxıb.

İyulun 24-də Super Liqada ötən mövsümün “Antalyaspor”la son oyununda zədələnən 28 yaşlı orta sahə oyunçusu yenidən tibbi müayinədən keçib. Məlum olub ki, Türkiyə millisinin üzvü təxminən 2 ay komandaya kömək edə bilməyəcək.

Akbaba ən yaxşı halda oktyabrın ortalarında kollektivə qoşula biləcək. Beləliklə, futbolçu “Neftçi” ilə Bakıdakı oyunda iştirak etməyəcək.

Qeyd edək ki, “Neftçi”–“Qalatasaray” oyunu sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək.

Xəbər 650 dəfə oxundu.