UEFA təxirə salınmış oyunların yeni tarixini açıqlayıb
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin təxirə salınmış oyunlarının yeni tarixini açıqlayıb.

“Makkabi” (Hayfa, İsrail)-“Jelezniçar” (Bosniya və Herseqovina) matçı sentyabrın 9-na təyin edilib. “Nomme Kalyu” (Estoniya) - "Mura" (Sloveniya) görüşünün isə bir gün sonra keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, UEFA hər iki qarşılaşmanı futbolçuların koronavirusa yoluxmaları səbəbindən təxirə salmışdı.

Xəbər 644 dəfə oxundu.