Azərbaycan millisi ilə qarşılaşacaq Kipr yığmasının heyətində dəyişiklik edilib
Futbol üzrə UEFA Millətlər Liqasının ilk iki oyununda Monteneqro və Azərbaycanla qarşılaşacaq Kipr yığmasında daha bir itki baş verib.

Yarımmüdafiəçi Giorqos Efrem millinin heyətindən kənarlaşdırılıb. Buna səbəb 31 yaşlı oyunçunun zədəli olmasıdır. Koronavirus pandemiyası ilə bağlı problem yaşadığı üçün heyətdən çıxarılan Aleks Qoqiçlə yanaşı, Efrem də qrupun ilk görüşlərində iştirak edə bilməyəcək.

APOEL-in oyunçusunun əvəzinə AEL-dən Andreas Avraam təlim-məşq toplanışına cəlb olunub.

Qeyd edək ki, Kipr yığması sentyabrın 5-də Monteneqro, üç gün sonra isə Azərbaycan millisi ilə qarşılaşacaq.

Xəbər 637 dəfə oxundu.