Argentina klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb
Argentinanın “Boka Xuniors” futbol klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.

19 futbolçunun testi müsbət nəticələnib. Oyunçuların yenidən testdən keçəcəyi bildirilib.

Komandanın məşqləri 72 saatlıq dayandırılıb.

Paytaxt təmsilçisi sentyabrın 17-də Libertadores kubokunda Paraqvayın “Libertad” klubu ilə qarşılaşmalıdır. Əgər klub o vaxtadək heyəti qura bilməsə texniki məğlubiyyətlə üzləşəcək.

Xəbər 649 dəfə oxundu.