“Neftçi”-“Qalatasaray” cütünün potensial rəqibləri müəyyənləşib
Bakının “Neftçi” futbol klubunun UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Azərbaycan təmsilçisi Türkiyənin “Qalatasaray” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, “Renova” (Şimali Makedoniya) – “Hayduk” (Split, Xorvatiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Flaqman növbəti raunda yüksəlsə, yenə matçını evdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin oyunları 24 sentyabrda təşkil olunacaq. Sentyabrın 17-də “Bakcell Arena”da oynanılacaq “Neftçi”-“Qalatasaray” görüşü saat 20:00-da başlayacaq.

Xəbər 779 dəfə oxundu.