Yığmamız Almaniyadakı turnirdə yenə uduzdu
Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət yığma komandası Almaniyanın Duysburq şəhərində təşkil olunmuş DFB - Federasiyalar Kubokunda bu gün növbəti oyununu keçirib. İdman.com.az saytının məlumatına görə, almaniyalı Nikolay Adamın çalışdırdığı yığma Mecklenburg-Vorpommern komandasına 1:2 hesabı ilə məğlub olub. Yığmamızın heyətində Vüqar Əlibabayev fərqlənib.

Qeyd edək ki, yığmamız turnirdə bunadək keçirdiyi 3 oyunda 1 heç-heçə edib, 2 dəfə uduzub.

Apasport.az

Xəbər 1026 dəfə oxundu.