“Sabah” yoxlama oyununda “Sumqayıt”ı sınağa çəkəcək
Azərbaycan Premyer Liqasının ikinci turuna hazırlığı davam etdirən “Sabah” futbol klubu yoxlama oyununda qüvvəsini sınayacaq.

Bakı təmsilçisi “Sumqayıt” komandası ilə üz-üzə gələcək. Görüş sentyabrın 5-də “Bank Respublika Arena”da baş tutacaq.

Qeyd edək ki, “Sabah” ölkə çempionatının birinci turunda “Qarabağ”a 2:0 hesabı ilə məğlub olub. “Sumqayıt” isə doğma meydanda “Keşlə”yə minimal hesabla uduzub – 0:1.

Xəbər 628 dəfə oxundu.