“Zirə” doğma meydanda “Qəbələ” ilə yoxlama matçı keçirəcək
Bakının “Zirə” futbol klubu millimizin UEFA Millətlər Liqasında oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edərək yoxlama görüşü keçirəcək.

Paytaxt təmsilçisi sentyabrın 5-də “Qəbələ” ilə qarşılaşacaq. Zirə Olimpiya İdman Kompleksində keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “Zirə” ölkə çempionatının I turunda səfərdə “Qəbələ” ilə heç-heçə edib -1:1.

Xəbər 577 dəfə oxundu.