Mahir Emreli Azərbaycan çempionatının 50 ən yaxşı bombardiri siyahısında yer alıb
Ağdamın “Qarabağ” klubunun futbolçusu Mahir Emreli Azərbaycan çempionatları tarixində ən yaxşı 50 bombardir siyahısında yer alıb.

Aktivində 43 qol olan hücumçu siyahıda özünə yer təmin edib. Azərbaycan Premyer Liqasının 2020-2021-ci il mövsümünün birinci turunda “Sabah” ilə görüşdə (2:0) dubl edən hücumçu siyahıya düşməyi bacarıb. M.Emreli bu göstəriciyə 120-ci oyunda nail olub. O, çempionatdakı qol sayında hərəyə 42 qol vuran Bəxtiyar Musayev və Branimir Subaşiçi, həmçinin bunadək eyni sayda fərqləndiyi Baqali Dabo, Fazil Əsədov və Leandro Qomeşi arxada qoyub. Mahir 43 qol vuran Elmir Xankişiyevə çatıb. Bu cütlük bombardirlər cədvəlində 48-49-cu yerləri bölüşür.

Bu qolların hamısını “Qarabağ”ın forması ilə vuran Mahir Emreli Premyer Liqada 2014-2015-ci il mövsümündə “Bakı”nın heyətində debüt edib.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixində bombardirlər siyahısına 183 qol vuran Nazim Əliyev başçılıq edir.

Xəbər 460 dəfə oxundu.