“Real Sosyedad” futbol klubu: David Silva koronavirusa yoluxub
İspaniyanın “Real Sosyedad” futbol klubunun yeni transferi David Silva koronavirusa yoluxub.

34 yaşlı yarımmüdafiəçinin karantinə alındığı bildirilib.

Xatırladaq ki, D.Silva müqaviləsinin müddəti başa çatdığı üçün avqustda İngiltərənin “Mançester Siti” komandasından ayrılıb və “Real Sosyedad”la müqavilə imzalayıb.

Xəbər 561 dəfə oxundu.