Yeni mövsümdə “El Klassiko” matçlarının tarixi müəyyənləşib
İspaniya çempionatında yeni mövsümün “El Klassiko” matçlarının tarixi müəyyənləşib.

Ölkə çempionatında 2020-2021-ci il mövsümündə “Real Madrid” və “Barselona” arasında ilk matç 7-ci tur çərçivəsində oktyabrın 25-i “Nou Kamp” stadionunda olacaq. İkinci “El Klassiko” isə 2021-ci il aprelin 11-də 30-cu tur çərçivəsində Madriddəki “Santyaqo Bernabeu”da oynanılacaq.

Xatırladaq ki, ötən mövsümdə La Liqanın qalibi Madrid təmsilçisi olub.

Xəbər 577 dəfə oxundu.