“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində növbəti tədbir Siyəzəndə keçirilib
AFFA-nın və Siyəzən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun mərkəzində və kəndlərində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, bu layihə Prezident İlham Əliyevin ötən il dekabrın 29-da Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.

Layihə çərçivəsində rayonun Zarat kəndində və rayon mərkəzində 50 məktəbli uşağa futbola marağın artırılması məqsədilə idman geyimləri və toplar verilib.

Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Siyəzən İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, deputat Sadiq Qurbanov və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbər 639 dəfə oxundu.