Azərbaycan şahmatçıları monqolustanlı rəqiblərinə qalib gəliblər
Avqustun 31-də Azərbaycan və Monqolustan şahmatçıları arasında yoldaşlıq görüşü keçirilib.

Heyətində Xəzər Babazadə, Atilla Eynullayev, Vüqar Manafov, Altay Eynullayev, Şiroğlan Talıbov, Süleyman Süleymanlı, Fərid Orucov, Cahandar Azadəliyev, Ayan Allahverdiyeva, Mələk İsmayılın yer aldığı Azərbaycan komandası 246:177 hesabı ilə Monqolustan şahmatçılarını məğlub edib.

Blits üzrə keçirilən turnirdə 16 yaşadək şahmatçılar iştirak ediblər. Yarış “Lichess.org” platforması vasitəsilə keçirilib.

Xəbər 614 dəfə oxundu.