Bakıda peşəkarlar arasında boks gecəsi keçiriləcək
Avqustun 31-də Bakıda peşəkarlar arasında boks gecəsi keçiriləcək.

“Baku Fight Lab” Promouterin təşkilatçılığı ilə keçiriləcək yarışda azərbaycanlı boksçular arasında döyüşlər təşkil ediləcək. Bu boksçulardan bəziləri artıq peşəkar rinqdə çıxış edən idmançılar, bəziləri isə həvəskar boksda böyük nailiyyətlər qazanmış və peşəkar rinqdə debüt edən idmançılardır.

Yarışın keçirilməsində məqsəd ölkəmizdə peşəkar boksu inkişaf etdirmək və bu sahədə ən güclü idmançıları aşkar etməkdir.

Xəbər 583 dəfə oxundu.