UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cütlükləri müəyyənləşib
Avqustun 31-də İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

“Neftçi” II təsnifat mərhələsində evdə Türkiyənin “Qalatasaray” klubu ilə qarşılaşacaq. “Sumqayıt”ı mübarizədən kənarlaşdıran Şimali Makedoniya “Şkendiya”sı Rumıniya “Botoşani”sinə, “Keşlə”ni üstələmiş Albaniya “Laçi”si isə İsrailin “Hapoel” (Beer-Şeva) komandasına rəqib olub.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində uduzan 10 komandadan ikisi - “Tirana” (Albaniya) və “Lüdoqorets” (Bolqarıstan) III təsnifat mərhələsindən azad olunub. Püşk sözügedən komandaları birbaşa turnirin pley-offuna yüksəldib.

İkinci təsnifat mərhələsində aşağıdakı görüşlər keçiriləcək:

Xəbər 555 dəfə oxundu.