Qurban Qurbanov: “Mölde” son illər stabil çıxış edir
Çox ciddi rəqiblə qarşılaşacağıq. Skandinaviya klubları fiziki cəhətdən yaxşı oyun nümayiş etdirirlər.

Bu sözləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveçin “Mölde” komandası ilə qarşılaşacaq Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi bildirib ki, Skandinaviya klublarına qarşı təcrübəmiz var. Amma futbol standartları hər ötən gün dəyişir. “Mölde” son illər stabil çıxış edir və uğurlu qrafiklə yüksəlişdədir. Rəqibi analiz edib, məlumat toplamağa çalışacağıq”.

Qeyd edək ki, “Qarabağ”–“Mölde” matçı sentyabrın 15-də və ya 16-da Bakıda keçiriləcək.

AZƏRTAC

Xəbər 529 dəfə oxundu.