Uşaq-Gənclər İdman məktəblərinin əsasnaməsinin yenidən işlənilməsi nəzərdə tutulub
Uşaq-Gənclər İdman məktəbləri (UGİM) idmanın əsas özəyini təşkil edən, dövlət tərəfindən maliyyələşdirilən təhsil müəssisələridir. Onlar, həm Gənclər və İdman, həm Təhsil nazirliklərinin, həm də, həmkarlar ittifaqının nəzdində fəaliyyət göstərirlər. Hər il UGİM-in inventarla təmin edilməsi diqqət mərkəzindədir. Bu sistem sovet dönəmindən qalıb. Təbii ki, biz yeni modullar üzərində işləyirik. Avropada belə məktəblər yoxdur, onlar klub şəklində fəaliyyət göstəririlər. Çalışırıq ki, UGİM-in əsasnaməsini bu yaxınlarda yenidən işləyək. İnanıram ki, bu sahədə dirçəliş baş verəcək.

Bunu Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mansurov nazirliyin “Facebook”dakı rəsmi səhifəsində canlı bağlantı zamanı deyib.

O bildirib ki, UGİM-in nəticələri, məşqçilərin uğurları, idmançıların nailiyyətləri hər il təhlil edilir. Beynəlxalq arenada keçirilən yarışlarda UGİM-in yetirmələri hər il bir sıra uğurlara imza atırlar.

Xəbər 715 dəfə oxundu.