“Neftçi” klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qalatasaray” komandası ilə qarşılaşacaq
Avqustun 31-də İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Bu turnirdə ölkəmizi təmsil edən “Neftçi” komandası II təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” klubu ilə üz-üzə gələcək. Oyun sentyabrın 16-da Bakıda keçiriləcək.

Qeyd edək ki, UEFA Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. “Neftçi” I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi “Şkupi”ni mübarizədən kənarlaşdırmışdı - 2:1.

Xəbər 556 dəfə oxundu.