Fərid Mansurov: Məşqlərin açıq havada keçirilməsi daha səmərəli və faydalıdır
Məşqlərin açıq havada keçirilməsi daha səmərəli və faydalıdır. Havalar hələ ki yaxşı keçir. Federasiyalara, əsasən də qeyri-Olimpiya növləri üzrə fəaliyyət göstərən federasiyalara müraciət etmişik ki, nazirliyin balansında olan Olimpiya İdman komplekslərinin və idman zallarının açıq ərazidəki qurğularında məşq keçsinlər. Artıq kikboksinq, hap-ki-do, kyukuşin karate federasiyalarından müraciətlər almışıq. Məşqlərin üst-üstə düşməməsi üçün onlar da cədvəl tutmalı və nazirliyə təqdim etməlidirlər. Bunun əsasında qrafik tərtib olunacaq. Məşqlər zamanı idmançılar komplekslərin və zalların soyunub-geyinmə otaqlarından, eləcə də duş kabinələrindən istifadə edə biləcəklər.

Bunu Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mansurov nazirliyin “Facebook”dakı rəsmi səhifəsində canlı bağlantı zamanı deyib.

Pandemiya ilə əlaqədar hələlik açıq havada məşqlərin davam etdirilməsinin məqsədəuyğun olduğunu vurğulayan F.Mansurov qeyd edib: “Hazırda açıq havada sosial məsafə saxlanılmaqla məşq etmək olar. Amma gələn aydan havalar soyumağa başlayacağı üçün açıq havada məşqlər çətinləşəcək. Biz Operativ Qərargaha müraciət edərək bununla bağlı təkliflərimizi veririk”.

AZƏRTAC

Xəbər 656 dəfə oxundu.