Kamena Georgiyeva: "Azərbaycanda gördüklərimi unuda bilmirəm”
“Ötən il sonuncu səfərim Azərbaycana olmuşdu. Bu ölkədə gördüklərimi unuda bilmirəm”. İdman.com.az saytının məlumatına görə, bu sözləri Bolqarıstanlı FİFA hakimi Kamena Georgiyeva deyib.

Qadın referi AFFA-nın Azərbaycan futbolu üçün gördüklərindən məmnun qaldığını Bolqarıstan mətbuatına açıqlayıb: “Orada insanlar qadın futbolunu inkişaf etdirir. Bu yöndə hər cür çalışır, çox iş görürlər. Gəlin baxaq və Bolqarıstanda da elə edək. Ümid edirəm ki, bizdə də komandalar inkişaf edəcək”.

Xəbər 827 dəfə oxundu.