“Gəncə” idman klubu yeni loqosu və geyimini təqdim edib
“Gəncə” idman klubu yeni loqosu və geyimini təqdim edib.

Loqoda Gəncənin tarixi və milli ruhumuzu əks etdirən elementlər cəmləşib.

Klubda cüdo, karate, kikboksinq, boks, savat, reqbi üzrə idmançılar məşğul olurlar.

Qeyd edək ki, “Gəncə” idman klubunun prezidenti döyüş sambosu üzrə dünya və Avropa mükafatçısı, bu idman növü üzrə ölkəmizdə ilk İdman ustası Elvar Osmanovdur.

Xəbər 540 dəfə oxundu.