Açıq havada şahmat turniri keçiriləcək
Sentyabrın 4-də “Zirvə” Uşaq və İdman Akademiyasında açıq havada şahmat turniri keçiriləcək.

Turnir rapid üzrə müxtəlif yaş qrupunda uşaqlar arasında təşkil ediləcək.

COVID-2019 infeksiyası ilə əlaqədar olaraq yarışda şahmatçılar hər qrupda 15 nəfər olmaqla 3 qrup üzrə mübarizə aparacaqlar.

Turnirin qalib və mükafatçılarına kubok, diplom və şahmat məsələ kitabı təqdim ediləcək.

Xəbər 658 dəfə oxundu.