Qəbələdə uşu üzrə açıq turnirə start verilib
Avqustun 29-da Qəbələ Olimpiya İdman Kompleksinin stadionunda Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş zabit və əsgərlərimizin əziz xatirəsinə həsr olunmuş uşu üzrə açıq turnirə start verilib.

Yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Uşu Federasiyasının birgə təşəbbüsü ilə təşkil edilib. Turnirə 200-ə yaxın idmançı qatılacaq.

Qeyd edək ki, yarışda Bakı, Gəncə, Samux, Göyçay, Ucar, Bərdə və Şəki klubları iştirak edirlər.

Xəbər 674 dəfə oxundu.