E-Milli liqası: "Qarabağ" finala yüksəlib
"Qarabağ” komandası Azərbaycanda ilk dəfə keçirilən E-Milli liqasında uğurlu çıxışını davam etdirir.

Ağdamlılar turnirin yarımfinal oyununda 4 saat 10 dəqiqə davam edən mübarizədən sonra “Neftçi”ni 2:0 hesabı ilə məğlub edərək finala yüksəliblər.

Turnirdə “Qarabağ”ı Firuz Buksayev və Kənan Babazadə təmsil edirlər.

Xəbər 693 dəfə oxundu.