“Qarabağ”ın haitili futbolçusu Donald Gerye yığmadakı karyerasını bitirib
Ağdamın “Qarabağ” klubunun futbolçusu Donald Gerye Haiti yığmasındakı karyerasını bitirib.

31 yaşlı cinah oyunçusu bu barədə şəxsi “Instagram” səhifəsində məlumat verib. O, çox fikirləşdikdən sonra bu qərara gəldiyini bildirib.

Qeyd edək ki, D.Gerye 2017-2019-cu illərdə “Qarabağ”ın formasını geyinib. Ötən yay “Neftçi”yə keçən futbolçu 2020/2021-ci il mövsümünün əvvəlində Ağdam təmsilçisinə qayıdıb.


Xəbər 739 dəfə oxundu.