Şanxayda keçirilməsi planlaşdırılan Brilyant Liqanın mərhələ yarışı 2021-ci ilə təxirə salınıb
Çinin Şanxay şəhərində keçirilməsi planlaşdırılan atletika üzrə Brilyant Liqanın növbəti mərhələsi 2021-ci ilə təxirə salınıb.

Bu barədə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Şanxayda Brilyant Liqanın mərhələ yarışı oktyabrın 17-də baş tutmalı idi.

Ümumilikdə bu il Brilyant Liqanın yeddi mərhələsi ləğv edilib.

Xəbər 714 dəfə oxundu.