Azərbaycan millisinin bədii gimnastika üzrə Avropa çempionatında iştirakı nəzərdə tutulub
Azərbaycan millisinin Kiyevdə keçiriləcək 36-cı bədii gimnastika üzrə Avropa çempionatında iştirakı nəzərdə tutulub.

İlkin müraciətə əsasən ölkəmizi 13 idmançı təmsil edəcək. Səkkiz gimnastımız böyüklər yaş qrupunda, beş idmançı isə yeniyetmələr kateqoriyasında çıxış edəcək.

Qeyd edək ki, Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatının noyabrın 26-29-da keçirilməsi planlaşdırılır. Qitə birinciliyinin keçirilməsi ilə bağlı yekun qərarın sentyabrın sonunda verilməsi nəzərdə tutulub.

Bu günə qədər 39 ölkənin nümayəndəsi iştirak üçün müraciət edib.

Xəbər 678 dəfə oxundu.