“Xəzər Lənkəran” üçün ağ, “Nomme Kalyu” üçün qara
Bu gün Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Xəzər Lənkəran” – “Nomme Kalyu matçında klubların hansı formada meydana çıxacağı müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, bu gün baş tutacaq qarşılaşmaya hər 2 komanda ənənəvi formasında çıxacaq.

Belə ki, meydan sahibi olan “Xəzər Lənkəran” özünün əsas forması olan ağ rəngli geyimdə matça çıxacaq. Qonaqlar isə görüşdə qara formada oynayacaq. Bu isə Estoniya təmsilçisinin səfər matçları üçün geyimidir. Lənkəran təmsilçisi kimi öz meydanında ağ forma geyən “Nomme Kalyu” rəqib meydanlarına qara formada çıxır.
Apasport.az

Xəbər 958 dəfə oxundu.