Ümumdünya Şahmat Olimpiadasında dörddəbir finalın oyunları başa çatıb
Ümumdünya Şahmat Olimpiadasında dörddəbir final oyunlarına yekun vurulub.

Bu mərhələdə Polşa yığması ilə qarşılaşan Azərbaycan komandası məğlub olaraq Olimpiadada çıxışını dayandırıb.

Digər oyunlara gəldikdə, Ermənistan Hindistan, Macarıstan Rusiya, Ukrayna ABŞ komandalarına məğlub olublar. Yarımfinalda Polşa Hindistan yığması, Rusiya isə ABŞ komandası ilə görüşəcək.


Xəbər 654 dəfə oxundu.