Formula 1: Mucelloda yürüş tamaşaçıların iştirakı ilə keçirilə bilər
İki həftədən sonra Formula 1 üzrə dünya çempionatı çərçivəsində Mucelloda “Ferrari” komandasının 1000-ci yürüşü keçiriləcək.

Təşkilatçılar yarışı tamaşaçı ilə keçirmək niyyətindədirlər. Belə ki, hər gün avtodroma altı minə qədər tamaşaçının buraxılması üçün yerli rəhbərliyə müraciət edilib.

Bununla bağlı tezliklə qərarın veriləcəyi bildirilib.

Xəbər 672 dəfə oxundu.