Azərbaycanın U-21 millisinə daha bir futbolçu dəvət edilib
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Fransa komandası ilə qarşılaşacaq Azərbaycan yığmasının heyətinə daha bir futbolçu dəvət edilib.

Asport.az AFFA-ya istinadla xəbər verir ki, “Qəbələ” klubunun üzvü Rüfət Əhmədov hazırlıq prosesinə qoşulub.

Qeyd edək ki, Azərbaycan-Fransa matçı sentyabrın 7-də saat 21:00-da Sumqayıtdakı “Kapital Bank Arena”da start götürəcək.

Xəbər 702 dəfə oxundu.