“Zirə” klubu braziliyalı qapıçı ilə anlaşıb
Bakının “Zirə” futbol klubu braziliyalı qapıçı transfer edir.

Bakı təmsilçisi braziliyalı Mateus Albino Carneiro ilə anlaşıb. İyirmi beş yaşlı oyunçu Braziliya C Seriyasında çıxış edən “Londrina” ilə müqaviləsini ləğv edir.

Futbolçu yaxın günlərdə Bakıya gələcək. Mateus Albino Carneiro "Zirə"yə keçidini təsdiqləyib.

Qeyd edək ki, Mateus Albino Carneiro 2018-ci ilin noyabrından “Londrina”da çıxış edib.

Xəbər 722 dəfə oxundu.