Ayxan Abbasov: Avropa Liqası Azərbaycan çempionatı deyil
“Sumqayıt” futbol klubunun baş məşqçisi Ayxan Abbasov Şimali Makedoniyanın “Şkendiya” klubuna 0:2 hesabı ilə uduzduqları Avropa Liqasının I təsnifat mərhələsinin oyunundan sonra mətbuat konfransı keçirib.

39 yaşlı mütəxəssis əvvəlcə matçı dəyərləndirib. Bildirib ki, rəqibin gücü bəlli idi. “İlk yarıda qarşılarını alsaq da, ikinci hissədə penaltilərlə iki qol buraxdıq. Rəqibin qarşısını ala bilmədik. Səviyyə göz önündədir, rəqib avrokubok təcrübəsi olan komandadır. Bu gün gənclərimizin avrokubok təcrübəsi qazandıqlarına sevinə bilərik. Artıq bu yarışı unudaraq, Azərbaycan Premyer Liqasına köklənməliyik. Futbolçuları ayrı-ayrılıqda götürsək, onlar bizdən üstündürlər. Bəzi oyunçularımız gözlədiyimiz oyunu göstərə bilmədilər. Bizə vaxt lazımdır. Avropa Liqası Azərbaycan çempionatı deyil”.

AZƏRTAC

Xəbər 720 dəfə oxundu.