“Keşlə” UEFA Avropa Liqasındakı mübarizəni başa vurub
UEFA Avropa Liqasının birinci seçmə mərhələsi çərçivəsində “Keşlə” (Bakı) – “Laçi” (Albaniya) oyunu başa çatıb.

“ASK Arena”da qarşılıqlı hücumlar şəraitində keçən görüşün əsas və əlavə edilmiş 30 dəqiqəsində qol vurulmayıb. Təəssüf ki, komandamız onbir metrlik cərimə zərbələri seriyasında rəqibinə 4:5 hesabı ilə məğlub olub.

Qeyd edək ki, görüşdə rəqib klubun futbolçularından Lukas Ramos, “Keşlə”nin heyətində isə Şəhriyar Əliyev qırmızı vərəqə alaraq komandalarını meydanda azlıqda qoyublar.

Oyunun qalibi olan “Laçi” klubu ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb.

Xəbər 727 dəfə oxundu.