“Çelsi” və “Korintians” mübarizəyə birbaşa yarımfinaldan qatılacaq
Klublararası dünya çempionatında iştirak edəcək daha bir komanda müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, Cənubi Amerikada keçirilən Libertadores kubokunun qalibi olan Braziliyanın “Korintians” klubu FİFA-nın keçirdiyi mötəbər yarışa vəsiqə qazanıb.

Onlar bu turnirdə çıxışı dəqiqləşən 4-cü komanda olub. Bunadək Meksikanın “Monterrey”, Yeni Zelandiyanın “Oklend” və İngiltərənin “Çelsi” komandaları da öz qitələrində ən yaxşı olmaqla mundiala vəsiqə əldə etmişdi.

Çempionluğa əsas namizədlər “Çelsi” və “Korintians” mübarizəyə birbaşa yarımfinaldan qatılacaq. Meksikalılar 1/4 finaldan, ada təmsilçisi isə pley-offdan çıxışına start verəcək.

Qeyd edək ki, bu il dekabrın 6-16-da baş tutacaq turnir Yaponiyada təşkil olunacaq.


Xəbər 832 dəfə oxundu.