“Sumqayıt” klubu Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşır
“Sumqayıt” futbol klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində avqustun 27-də “Kapital Bank Arena”da Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşır.

“Sumqayıt” klubunun heyətində ilk “onbirlik”də meydana Mehdi Cənnətov, Vurğun Hüseynov, Cəmaləddin Xocaniyazov, Vüqar Mustafayev, Tellur Mütəllimov, Əli Qurbani, Rəhim Sadıxov, Elvin Bədəlov, Süleyman Əhmədov, Elvin Məmmədov və Xəyal Nəcəfov çıxıblar.

“Şkendiya”nın start heyətində isə Kostadin Zahov, Antonio Paviç, Eqzon Beytulai, Besart İbraimi, Ennur Totre, Valon Ahmedi, Lyupçe Doriyev, Mevlan Murati, Bruno Dita, Yan Krivak və Omar İmeri yer alıblar.

Oyunu Arman Esmuratovun başçılığı ilə qazaxıstanlı hakimlər briqadası idarə edir. Ona yan xətt hakimləri Sergey Vasyutin, Samat Terqevsizov və Jandos Abjan kömək edirlər.

Qeyd edək ki, bu gün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində daha 45 oyun keçirilir. Paytaxtın “Neftçi” klubu Bakıda Şimali Makedoniyanın “Şkupi” komandası ilə qarşılaşır. Saat 21:00-da isə “Keşlə” – “Laçi” (Albaniya) oyunu start götürəcək.

Xəbər 732 dəfə oxundu.