"Neftçi" klubu UEFA Avropa Liqasında mübarizəyə başlayıb
UEFA Avropa Liqasının birinci seçmə mərhələsi çərçivəsində “Neftçi” (Bakı) - "Şkupi" (Şimali Makedoniya) oyunu başlayıb.

"Bakcell Arena"da keçirilən matçda "Neftçi"nin start heyətində Aqil Məmmədov, Mamadu Mbodj, Anton Krivotsyuk, Cabir Əmirli, Namiq Ələsgərov, Emin Mahmudov, Yusuf Laval, Stiven Jozef - Monroz, Sabir Buqrin, Mamadu Kane və Tallison Dias yer alıblar.

"Şkupi"nin ilk onbirliyində isə meydana Kristian Naumoski, Darko Qlişiç, Lamin Diyak, Besar Iseni, İlirid Ademi, Besart Krivanev, Umar Qudabi, Dembo Darbo, Sabit Bilali, Filip Qliqorov və Lima Da Silva Neto çıxıblar.

Görüşü Latviyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Aleksandr Qolubevdir. Ona yan xətt hakimləri Raimonds Tatriks və Jevgenijs Morozovs kömək edirlər. Dördüncü hakim funksiyasını Artis Kenins yerinə yetirir.

Matçın qalibi ikinci təsnifat mərhələsinə vəsiqə qazanacaq.

Matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbər 932 dəfə oxundu.