UEFA Çempionlar Liqasının sonuncu mövsümünün ən yaxşı qolu müəyyənləşib
UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ən yaxşı qolu müəyyən edilib.

“Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun dörddəbir finalda “Lion”un qapısına vurduğu top mövsümün ən yaxşı qolu seçilib. Sorğuda iştirak edənlərin 400 mindən çoxu məhz bu qola səs veriblər.

Almaniyanın “Leyptsiq” komandasının yarımmüdafiəçisi Marsel Zabitserin Rusiyanın “Zenit” klubunun qapısına vurduğu top ikinci, “Yuventus”un yarımmüdafiəçisi Xuan Kuadradonun “Atletiko Madrid” ilə oyunda müəllifi olduğu qol isə üçüncü yerə layiq görülüb. “Barselona”nın hücumçusu Luis Suaresin “İnter”in, “Bavariya”nın yarımmüdafiəçisi Serge Qnabrinin “Lion”un qapısından keçirdiyi qollar isə müvafiq olaraq dördüncü və beşinci olub.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün final qarşılaşmasında “Bavariya” klubu “Paris Sen-Jermen”i minimal hesabla məğlubiyyətə uğradaraq altıncı dəfə bu turnirin qalibi adını qazanıb.

Xəbər 771 dəfə oxundu.