Məşqçi lisenziyalarının yenilənmə kursuna yekun vurulub
AFFA tərəfindən “Zoom” proqramı vasitəsilə UEFA-nın “B” və AFFA-nın “C” kateqoriyalı məşqçi lisenziyalarının yenilənmə kursu keçirilib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, kursun sonuncu günündə uşaq və yeniyetmə futbolunda motivasiya və konsentrasiya problemləri, uşaq və yeniyetmə futbolunda fokus - oyunçunun fərdi inkişafının komandadan və hesabdan üstün tutulmasının üstünlükləri, beynəlxalq təcrübənin paylaşılması: “Ayaks” akademiyasının T.I.P.S. (texnika, oyun anlayışı, şəxsiyyət və sürət) prinsipləri, Belçika futbolunda uşaq və yeniyetmə futboluna yanaşma mövzusunda müzakirələr aparılıb.

Xəbər 760 dəfə oxundu.