“Neftçi”nin sabiq yarımmüdafiəçisi Rumıniya klubuna transfer olunub
Bakının “Neftçi” futbol klubunun sabiq yarımmüdafiəçisi Soni Mustivarın yeni komandası müəyyənləşib.

30 yaşlı yarımmüdafiəçi karyerasını Rumıniyanın “Hermannstadt” komandasında davam etdirəcək. Haitili futbolçu ilə ikiillik müqavilə imzalanıb.

Qeyd edək ki, 2018-ci ilin martında “Neftçi”yə transfer olunan Soni Mustivar cari ilin iyununda klubdan ayrılıb. Mustivar bu müddət ərzində 56 oyunda meydana çıxıb və 3 qola imza atıb.

Xəbər 753 dəfə oxundu.