“Səbail” klubu “Qəbələ” ilə yoxlama oyunu keçirəcək
Bakının “Səbail” futbol klubu millimizin UEFA Millətlər Liqasında oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edərək yoxlama görüşü keçirəcək.

Paytaxt təmsilçisi avqustun 30-da “Qəbələ” ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək görüş saat 17:00-da başlayacaq.

Qeyd edək ki, “Səbail” ölkə çempionatının ilk turunda səfərdə “Neftçi”yə 1:2 hesabı ilə uduzub. “Qəbələ” isə evdə “Zirə” ilə heç-heçə edib - 1:1.

Xəbər 764 dəfə oxundu.