ABŞ-da kişi tennisçilərin beynəlxalq turniri davam edir
ABŞ-ın Sinsinnati şəhərində kişi tennisçilərin beynəlxalq turniri davam edir. Mükafat fondu 4 milyon 222 min dollar olan ATP seriyalı turnirin yarımfinalçıları müəyyənləşib.

Dörddəbir finalda serbiyalı Novak Cokoviçlə almaniyalı Yan-Lennard Ştruff qarşılaşıb. Görüş 1 saat 4 dəqiqə çəkib. Mübarizəyə daha yaxşı başlayan N.Cokoviç ilk setdə 6:3 hesabı ilə qələbə qazanıb. Təşəbbüsü əldən verməyən serbiyalı raketka ustası növbəti hissədə də qalib gələrək yarımfinala yüksəlib.

Digər görüşdə isə rusiyalı Daniil Medvedev ispaniyalı Roberto Bautista-Aqut ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşdə İspaniya tennisçisi rəqibindən üstün olub.

Yunanıstanlı Stefanos Çiçipas və kanadalı Miloş Raoniç də yarımfinala yüksəliblər.

Xəbər 829 dəfə oxundu.