Lənkəran şahmatçıları Naxçıvan komandasını məğlub ediblər
Avqustun 27-də “Təhsil” Respublika İdman Mərkəzi Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası ilə Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Uşaq Gənclər Şahmat Məktəbinin komandası arasında yoldaşlıq görüşü keçirilib.

16 yaşadək şahmatçıların iştirak etdikləri yarışda Lənkəran komandası naxçıvanlı rəqiblərini 68:18 hesabı ilə məğlub edib. Lənkəran yığmasının heyətində İbrahim Bağırov, Gülsənəm Ağayeva, İlkin Dadaşov, Səkinə Abbaszadə, Nuray Məmmədli və Mədinə Şükürova, Naxçıvan komandasının tərkibində isə Pərviz Rzayev, Anar Cəfərli, Şəhriyar Tarverdiyev, Mustafa Bəylərov, Sara Rzalı və Məhcəbin Rzalı mübariə aparıblar.

Yarış Şveninqen sistemi üzrə “Lichess.org” platforması üzərindən onlayn qaydada təşkil olunub.

Xəbər 642 dəfə oxundu.