MBA-nın oyunları növbəti dəfə təxirə salınıb
ABŞ-da yaşanan irqçilik problemi Milli Basketbol Liqasının (MBA) oyunlarına mənfi təsir göstərib. Hələ koronavirus pandemiyası dövründə belə bir problemə görə komandaların mövsümü davam etdirməmək təhlükəsi yaşanırdısa, çempionat bərpa edildikdən sonra vəziyyət yenidən dəyişib.

ABŞ polisinin ölkənin qaradərili vətəndaşını güllələməsindən sonra ilk olaraq “Miluoki” klubu “Orlando” ilə seriya oyununda meydana çıxmaqdan imtina edib. Daha sonra “Hyuston”–“Oklahoma” oyununun keçirilməyəcəyi məlum olub. Nəzarətin əldən çıxdığını görən liqa rəhbərliyi qeyri-müəyyən müddətə görə pley-off oyunlarını təxirə salmaq qərarına gəlib. Hazırda liqa rəhbərliyi problemi yoluna qoymaq üçüm fəaliyyətini davam etdirir. İndiki məqamda təkcə oyunçular yox, həm də klub rəhbərliyi də irqçiliyə qarşı etirazın məhz bu yolla effektiv olacağını düşünür.

Yeri gəlmişkən, ABŞ mətbuatı ilk boykot ideyasını ortaya atan oyunçunun kimliyini müəyyənləşdirib. Bu, “Orlando”nun oyun qurucusu Corc Hilldir.

Xəbər 602 dəfə oxundu.