AFFA-nın əməkdaşı beynəlxalq oyuna təyinat alıb
AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuçlik beynəlxalq oyuna təyinat alıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki,UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Türkiyə – Macarıstan oyununun hakim-inspektoru F.Stuçlik olacaq.

Qeyd edək ki, Türkiyə-Macarıstan oyunu sentyabrın 3-də Sivas şəhərində keçiriləcək.

Xəbər 600 dəfə oxundu.