Ümumdünya Şahmat Olimpiadasının pley-off mərhələsinin oyunları start götürüb
Avqustun 27-də Ümumdünya Şahmat Olimpiadasının pley-off mərhələsinin oyunları start götürüb.

Pley-off mərhələsində Bolqarıstan-Polşa, Macarıstan-Almaniya, Çin-Ukrayna və Yunanıstan-Ermənistan görüşləri baş tutacaq.

Azərbaycan komandası qrup lideri kimi birbaşa dörddəbir finala vəsiqə qazanıb. Şahmatçılarımız avqustun 28-də keçiriləcək dörddəbir finalda Bolqarıstan-Polşa qarşılaşmasının qalibi ilə mübarizə aparacaqlar. Bu mərhələnin digər oyunlarına gəlincə, Hindistan Yunanıstan-Ermənistan, Rusiya Macarıstan-Almaniya, ABŞ isə Çin-Ukrayna qarşılaşmalarının qalibləri ilə görüşəcək.

Yarışda 163 ölkənin komandası iştirak edir. Millimizin əsas heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.

Xəbər 597 dəfə oxundu.