Ceymi Vardi daha üç il “Lester”in şərəfini qoruyacaq
İngiltərənin “Lester” futbol klubu hücumçusu Ceymi Vardi ilə müqaviləni uzadıb.

33 yaşlı hücumçunun yeni sözləşməsi 2023-cü ilin yayınadəkdir.

Qeyd edək ki, 2012-ci ildən “Lester”də çıxış edən Vardi son mövsüm Premyer Liqanın bombardiri olub. O, 35 oyuna 23 qol vurub.

Xəbər 545 dəfə oxundu.