“Mura” klubu özünü Azərbaycana yetirə bilib
Avropa Liqasında “Bakı”nın rəqibi olan Sloveniyanın “Mura” klubu özünü Azərbaycana yetirə bilib. İdman.com.az saytının məlumatına görə, Murska-Sobota təmsilçisi uzun səfərdən sonra ilk qarşılaşmanın keçiriləcəyi Bakıya çatıb.

Səfər zamanı müxtəlif problemlərlə üzləşən “Mura” 12 saatlıq yol qət edərək ölkəmizə gəlib. Səfərin yubanması üzündən sloveniyalılar matçdan 1 gün əvvəlki məşqə də çxıa bilməyib.

Xəbər 876 dəfə oxundu.