“Yuventus” yeni mövsümdə geyinəcəyi üçüncü formasını təqdim edib
İtaliyanın “Yuventus” klubu yeni mövsümdə geyinəcəyi üçüncü formasını təqdim edib.

Forma klubun rəsmi “Twitter” hesabı vasitəsilə ictimaiyyətə təqdim olunub.

“Adidas” şirkəti tərəfindən hazırlanan forma narıncı və qara rəngdədir.

Daha əvvəl “Yuventus” klubu 2020-2021-ci il mövsümü üçün ev oyunlarda geyinəcəyi formanı təqdim edib.

İtaliya A Seriyasının yeni mövsümü sentyabrın 9-da başlayır.

Xəbər 574 dəfə oxundu.