“Sumqayıt”ın üç futbolçusu milli komandanın heyətinə dəvət alıb
Azərbaycan yığması UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də Bakıda Lüksemburq, sentyabrın 8-də isə rəqib meydanında Kipr milli komandası ilə qarşılaşacaq. Azərbaycan milli komandasının heyəti açıqlanıb.

“Sumqayıt” futbol klubunun üç futbolçusu – Mehdi Cənnətov, Elvin Bədəlov və Rəhim Sadıxov yuxarıda qeyd olunmuş oyunlar üçün milli komandanın heyətinə dəvət alıblar.

Xəbər 550 dəfə oxundu.